Ana Sayfa > M / Karusel / Gündəm > “ABŞ konqresmenindən 20 Yanvar və Xocalı faciələri ilə bağlı - Bəyanat

“ABŞ konqresmenindən 20 Yanvar və Xocalı faciələri ilə bağlı - Bəyanat


4-02-2016, 22:53. Yazar: Xeberaz
“ABŞ konqresmenindən 20 Yanvar və Xocalı faciələri ilə bağlı  -  Bəyanat
ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn 20 Yanvar və Xocalı faciələrinin ildönümü ilə əlaqədar Birləşmiş Ştatların Konqresində bəyanatla çıxış edib.

Xəbəraz.az xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, konqresmen bəyanatında 1990-cı ilin 20 yanvar tarixində sovet ordusunun dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə 130-dan çox insanın həyatını itirdiyini qeyd edib. O, həmçinin Azərbaycan torpağı olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aralarında qadın və uşaqların da olduğu 600-dən çox insanın qətlə yetirildiyini bildirib.

D.Peyn bəyanatında bu faciəvi tarixlərin anılması ilə bağlı Konqresin digər üzvlərinə də çağırış edib.

Konqresmen sonda Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə yerləşdiyini, ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.
Geri dön