Ana Sayfa > M / Karusel / Dünya > Axırıncı “qırıcı insidenti”ndən sonra Rusiya prezidenti ilə danışmaq istəyir

Axırıncı “qırıcı insidenti”ndən sonra Rusiya prezidenti ilə danışmaq istəyir


31-01-2016, 01:29. Yazar: Xeberaz
Axırıncı “qırıcı insidenti”ndən sonra Rusiya prezidenti ilə danışmaq istəyir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, axırıncı “qırıcı insidenti”ndən sonra Rusiya prezidenti ilə danışmaq istəyir

Məlumatı RİA-Novosti yayıb.

Xatırladaq ki, bir az əvvəl Türkiyənin Xarici İşlər Nazirliyi Rusiya Silahlı Qüvvələrinə məxsus Su-34 tipli qırıcı təyyarənin dünən saat 11.46 dəqiqədə Türkiyənin hava məkanını pozması və Rusiya səfirinin XİN-ə çağırılnası barədə məlumat yaymışdı. Məlumatı Rusiyanın Ankaradakı səfirliyinin mətbuat atteşesi İqor Mityakov da təsdiqləmişdi. Amma o, səfirlə söhbətin təfərrüatları barədə heç nə deməmişdi.

Bu gün isə prezident R.T.Ərdoğan jurnalistlərə açıqlamasında deyib: “Dünən bizim hava məkanımız Rusiyaya məxsus qırıcı təyyarə tərəfindən növbəti dəfə pozulub. Bu cür məsuliyyətsiz addımlar- hansı ki, gərginliyin artmasına aparır, - nə Rusiya üçün, nə Rusiya-NATO əlaqələri üçün, nə də regional və qlobal sülh üçün sərfəlidir. Bu addımlar bütün tərəflərə yalnız ziyan gətirir. Dünən bu fikirlər Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun nəzərinə çatdırılıb. Bununla paralel olaraq mən xarici işlər nazirinin müavinindən xahiş etdim ki, Rusiya tərəfi ilə əlaqə saxlasın və onlara hörmətli Vladimir Putinlə şəxsən danışmaq istədiyimi çatdırsın. Bizim səfir bildirib ki, bu barədə Rusiya tərəfinə dərhal məlumat çatdırılıb, ancaq biz indiyədək heç bir cavab almamışıq”.

Bu dəqiqələrdə yayılan məlumatda isə bildirilir ki, Rusiyanın Müdafiə Nazirliyi SU-34 təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair məlumatı təkzib edib. APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Suriyadakı Rusiyaya məxsus təyyarələrin heç biri Türkiyənin hava məkanını pozmayıb. Türkiyə tərəfinin ölkənin hava məkanının guya SU-34 təyyarəsi tərəfindən pozması barədə bəyanatı təbliğatdan başqa bir şey deyil”, -deyə Konaşenkov vurğulayıb.
Geri dön