Ana Sayfa > M / Karusel / Gündəm / Aktual > Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi yeni mərkəzində fəaliyyətə başladı

Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi yeni mərkəzində fəaliyyətə başladı


26-01-2016, 00:50. Yazar: Xeberaz

Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi yeni mərkəzində fəaliyyətə başladı
Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi yeni mərkəzində fəaliyyətə başladı.
Xəbəraz.az xəbər verir ki, Həyata keçirdiyi layihələrlə yanaşı yeni mərkəzdə yeni layihəyə "Bütün Uşaqlar Bir Arada Dəcəl Balamda" layihəsinə də artıq başlayıb. Layihənin əsas məqsədi hemofiliyalı, leykemiyalı, şəkərli -diabetli və aztəminatlı ailələrdən olan uşaqlara ödənişsiz kursların təşkilindən ibarətdir.

Layihə Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir. Layihə rəhbəri və ideya müəllifi mərkəzin direktoru Dilşad Musadır. Layihənin tərəfdaşları - Hemofiliyalı Xəstələrin Respublika Assossasiyası, Leykemiya ilə Mübarizə İctimai Birliyi, Azərbaycan Diabet Liqası, "Milana" Psixoloji və Nitq İnkişafı Mərkəzi və Xəbər24 İnformasiya Portalıdır.
Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin, kursların fəaliyyətə başlaması, təşkilatlar arası razılaşma memorandumunun imzalanması məqsədilə 30 yanvar saat 16:00 –da Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzində açılış tədbiri keçiriləcək.
Buyurun, SİZİ də aramızda görməkdən çox məmnun olarıq.
Həm əylənəcəksiniz, həm də uşaqların inkişafına dəstək olacaqsınız !
Dəstəyinizə görə təşəkkür edirik .
Ünvan:Rəsulzadə qəsəbəsi,Cəfər Xəndan kücəsi 12,(Kuba səfirliyinin yanı)
Tel/Faks:(994 12)409 14 63;Mob(994 55)499 14 63;
E-mail: [email protected]
Geri dön