Ana Sayfa > M / Karusel / Siyasət / Müsahibə > Davosda Azərbaycan və Ukrayna prezidentləri görüşdü

Davosda Azərbaycan və Ukrayna prezidentləri görüşdü


22-01-2016, 23:14. Yazar: Xeberaz
Davosda Azərbaycan və Ukrayna prezidentləri görüşdü
Yanvarın 22-də Davosda Azərbaycan prezidenti İlham Əliyevin Ukrayna prezidenti Petro Poroşenko ilə görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub.

İki ölkə arasında iqtisadi sahədə, o cümlədən nəqliyyat, energetika, sərmayə qoyuluşu və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə edilib. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Davosda Azərbaycan və Ukrayna prezidentləri görüşdü
Davosda Azərbaycan və Ukrayna prezidentləri görüşdü
Geri dön