Ana Sayfa > M / Karusel / Dünya > Ukrayna Rusiyadan imtina etdi: "Ehtiyac yoxdur"

Ukrayna Rusiyadan imtina etdi: "Ehtiyac yoxdur"


21-01-2016, 01:16. Yazar: Xeberaz
Ukrayna Rusiyadan imtina etdi: "Ehtiyac yoxdur"
Ukraynanın kifayət qədər təbii qaz ehtiyatı var. Hələlik Rusiyanın qazına ehtiyacımız yoxdur.

Xəbəraz.az Axar.az-a isitinadən xəbər verir ki, bu sözləri Ukraynanın Enerji naziri Vladimir Demçiş deyib.

“Ehtiyac olarsa, ehtiyatımızı 120-130 milyon kubmetr artıra bilərik. Hələlik kifayət qədər təbii qaz ehtiyatımız var”, - Demçiş bildirib.

Qeyd edək ki, Ukrayna Baş naziri Arseni Yaçenyuk ölkəsinin Avropa Birliyindən Rusiyanın təklif etdiyi qiymətdən daha ucuz qaz alacağını söyləmişdi.
Geri dön