Ana Sayfa > M / Karusel / Dünya > Türkiyə-Rusiya münasibətlərində sərt dönüş

Türkiyə-Rusiya münasibətlərində sərt dönüş


20-01-2016, 23:59. Yazar: Xeberaz
Türkiyə-Rusiya münasibətlərində sərt dönüş

Rusiya Xarici İşlər nazirinin müavini və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının müvəqqəti sədri Vasili Nebenzina yanvarın 22-si Türkiyəyə səfər edəcək.

Nebenzina İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının ofisinə baş çəkəcək.

Xatırladaq ki, noyabrın 24-də Türkiyə tərəfindən Rusiyanın Su-24 qırıcısının vurulmasından sonra iki ölkə arasında münasibətlər son həddə qədər pisləşmişdi.

Sözügedən olaydan sonra ilk dəfə Rusiyanın yüksək vəzifəli şəxsi Türkiyəyə səfər edəcək.Axar.az
Geri dön