Ana Sayfa > M / Karusel / Maraqlı / Reportaj > Bakı “bomj”ları: onlar 95 faizlik təbii spirti necə içirlər? (FOTOLAR)

Bakı “bomj”ları: onlar 95 faizlik təbii spirti necə içirlər? (FOTOLAR)


17-01-2016, 22:57. Yazar: Xeberaz
Bakı “bomj”ları: onlar 95 faizlik təbii spirti necə içirlər? (FOTOLAR)

Bakı küçələrində hər birimiz, demək olar ki, gün ərzində səfil həyatı yaşayan “bomj”larla rastlaşırıq. Onlar arasında çarəsizlikdən küçə həyatı yaşayan, sığınacaq yeri olmadığından küçə tinlərini, xarabalıqları özünə məskən seçənlər də var.
Bəzi “bomj”lar da var ki, onların gündəlik məqsədi bir şüşə araq və bir tikə çörək tapmaqdır. Bir sözlə, onları alkoqolik də adlandırmaq olar. Bu cür şəxsləri içki aludəçisi olmaları səfil həyata sürükləyib. Onların gündəlik işi hansı yolla olursa-olsun, içki tapmaqdır.
Küçələrdə yaşayan alkoqoliklər günlük öz məqsədlərinə çatmaqda, təbii ki, hər zaman maddi problemlə üzləşirlər. Ən ucuz arağı almaq üçün onlara minimum 1.5-2 manat lazımdır. Bu isə əlbəttə ki, heç bir qazancı olmayan “bomj”lar üçün böyük məbləğdir. Onlar daha çox qarşılaşdıqları insanlardan çörək pulu adı ilə araq almaq üçün pul istəyirlər.
Bakı “bomj”ları: onlar 95 faizlik təbii spirti necə içirlər? (FOTOLAR)
Son zamanlar alkoqoliklər özlərinə yeni və onlar üçün sərfəli olan çıxış yolu tapıblar. İndi onların əksəriyyəti içkiyə olan gündəlik tələbatlarını 95 faizlik təbii spirtlə ödəyirlər. Bəli, bu, nə qədər təəccüblü görünsə də, belədir.
Zaman-zaman intihara cəhd edən şəxslərin 95 faizlik təbii spirtdən istifadə etməsinin şahidi olmuşuq. Lakin “bomj”lar gündəlik içkiyə təlabatlarını bütün apteklərdə satılan bu spirt vasitəsi ilə ödəyirlər.
Təbii spirtin 100 millilitri 50 qəpikdir. “Bomj”lar 100 ml spirti 0.5-1 litr su ilə qataraq içirlər. Bu isə necə deyərlər, onların büdcəsinə uyğun gəlir. Normal insanın təhlükəli maddə kimi qəbul etdiyi təbii spirt “bomj”ların gündəlik içkiyə olan təlabatını ödəyir.
Bakı “bomj”ları: onlar 95 faizlik təbii spirti necə içirlər? (FOTOLAR)
“Bomj”ların yaşadığı bir neçə yerə baş çəkərkən də boş təbii spirt şüşələri ilə qarşılaşdıq. Onlar, əsasən, gecə saatlarında içki qəbul etdikdən sonra yatrılar. Onlar donmamaq üçün daha çox gecələr içdiklərini deyirlər.
Bu cür həyat yolu seçən insanlar, alkoqoliklər cəmiyyət tərəfindən qəbul edilmədikləri kimi, onlara sığınacaqlarda da yer ayırmaqdan imtina olunur.
Cəmiyyətdən tamamilə təcrid olunmuş bu insanlar seçdikləri həyat yolu ilə necə deyərlər, ömürlərinin sonunu gözləyirlər. Təsadüfi deyil ki, çox zaman küçədə səfil həyat tərzi sürən, kimliyi müəyyən edilməyən şəxslərin donaraq, zibilxanalarda və ya xarabalıqlarda yanaraq, ölməsi ilə bağlı xəbərlər eşidirik.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən alkoqol asılılığı diaqnozunun təyin olunmasının 6 meyarı müəyyənləşdirilib. Bu meyarların sonuncusunda haqqında danışdığımız şəxslərdən bəhs edilir. Bu meyara görə, insanın məişəti və şəxsi həyatı içki ətrafında qurulur. Alkoqolla bağlı olmayan digər maraqlar isə sonrakı yerlərə keçir..
Bakı “bomj”ları: onlar 95 faizlik təbii spirti necə içirlər? (FOTOLAR)
ÜST-nin müəyyən etdiyi bu diaqnozdan da görünür ki, bu cür insanların yenidən cəmiyyətə və normal həyata qayıtması çox çətindir. Lakin Avropa ölkələrində ən azından buna cəhd edilir. Və bu istiqamətdə xeyli müsbət nəticələr də əldə olunub. Bəzi Avropa ölkələrində bu insanlar üçün sığınacaqlar var və həmin şəxslərin alkoqol asılılığından xilas edilməsi üçün mütəmadi olaraq, onların müalicələri təşkil olunur.
Azərbaycanda isə “bomj”lar üçün yaradılan sığınacaqlarla nadir hallarda rastlaşırıq. Bu şəxslərin nəyin ki, müalicəsi, heç yaşaması üçün də sığınacaqlar yoxdur.
Xatırladığımız yalnız odur ki, ötən ilin qış aylarında “bomj”lar üçün yaradılan bir neçə günlük sığınacaqlar var idi. Bu il isə nədənsə, həmin sığınacaqlara rast gələ bilmədik.musavat
Bakı “bomj”ları: onlar 95 faizlik təbii spirti necə içirlər? (FOTOLAR)
Bakı “bomj”ları: onlar 95 faizlik təbii spirti necə içirlər? (FOTOLAR)
Geri dön