Ana Sayfa > M / Karusel / Dünya > Türkiyə İranı təbrik etdi

Türkiyə İranı təbrik etdi


17-01-2016, 20:26. Yazar: Xeberaz
Türkiyə İranı təbrik etdi
Türkiyə Xarici İşlər Nazirliyi İranı nüvə müqaviləsinə uyğun lazımi tədbirləri yerinə yetirdiyi üçün təbrik edib.

Xəbəraz.az xəbər verir ki, Axar.az xəbər verir ki, XİN İranla bağlı nüvə müqaviləsinin icrasına başlanılmasını diplomatik nailiyyət adlandırıb.

"Türkiyə İranın nüvə proqramı ilə bağlı probelmin həllinin diplomatiya və müzakirələr olduğunu öncədən bəyan etmişdi. Diplomatiya baxımından mühüm bir nailiyyəti simvollaşdıran bu nəticəyə görə İranı təbrik edirik. Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında bu müqavilənin şərtlərinin tam şəffaf şəraitdə, fasiləsiz və qüsursuz şəkildə həyata keçirilməsini gözləyirik. Qarşıdakı dövrdə tərəflərin regionda təhlükəsizlik və sabitliyin bərpası üçün addımlar atmasının labüdlüyünü bildiririk", - təbrikdə qeyd edilib.
Geri dön