Ana Sayfa > M / Karusel / Gündəm / Reportaj > Qubada aksiya keçirilib - FOTO

Qubada aksiya keçirilib - FOTO


15-01-2016, 21:34. Yazar: Xeberaz
Qubada aksiya keçirilib - FOTO

Yanvarın 15-də Qubada bir qrup sakin qiymətlərin bahalaşmasına etiraz olaraq aksiya keçirib.

"Azadlıq" radiosunun məlumatına görə, aksiyaçılar işsizlikdən əziyyət çəkdiklərini, bank kreditlərini ödəyə bilmədiklərini, ünvanlı sosial yardım ala bilmədiklərini bildiriblər. Yerli icra başçısı və müavinləri aksiyaçıları dinləyəndən sonra onlardan dağılışmağı istəyib.

Qeyd edək ki, bu gün Quba Cümə məscidinə bomba qoyulması haqda məlumat məlumat yayılıb. Məscidin yerləşdiyi əraziyə Daxili Qoşunların, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Cümə məscidindəki bugünkü namaz təxirə salınıb. Dindarlar başqa məscidlərə yönləndirilib.

Axtarış nəticəsində məsciddə partlayıcı qurğu tapılmayıb. // Lent.az
Qubada aksiya keçirilib - FOTO
Geri dön