Ana Sayfa > M / Karusel / Gündəm > Prezidentin təyin etdiyi yeni nazir kimdir?

Prezidentin təyin etdiyi yeni nazir kimdir?


15-01-2016, 17:58. Yazar: Xeberaz
Prezidentin təyin etdiyi yeni nazir kimdir?

Bu gün prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri postuna Ramin Quluzadə təyin edilib.

Xeberaz.az-in məlumatına görə, yeni nazir Ramin Quluzadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təyin olunana qədər Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.
Geri dön