Ana Sayfa > M / Karusel / Siyasət / M2 > Azərbaycanda xarici ölkənin səfiri dünyasını dəyişdi - YENİLƏNİB

Azərbaycanda xarici ölkənin səfiri dünyasını dəyişdi - YENİLƏNİB


7-04-2015, 16:34. Yazar: Xeberaz

Azərbaycanda xarici ölkənin səfiri dünyasını dəyişdi - YENİLƏNİB
XİN başsağlığı verdi.

Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis Bakıda dünyasını dəyişib.

xeberaz.az xəbər verir ki, bu barədə APA-ya teleaparıcı, Latviya səfirliyi ilə əməkdaşlıq edən Emin Musəvi məlumat verib.

Onun sözlərinə görə, latviyalı diplomat aprelin 6-da vəfat edib.

“O, ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynayıb", - deyə Emin Musəvi bildirib.

1967-ci ildə dünyaya gələn H.Baumanis Azərbaycandan əvvəl Litvada səfir və Sankt-Peterburqda baş konsul vəzifələrində çalışıb. Səfirin vəfatını Latviya XİN təsdiqləyərək ailəsinə başsağlığı verib. Qeyd edək ki, Hardis Baumanis fəaliyyətini Latviya XİN-də davam etdirmək üçün yayda ölkəsinə dönməliymiş.
Geri dön