Ana Sayfa > M / Karusel / Təhsil / Xəbəraz TV > Sumqayıtda müəllim şagirdi amansızcasına döydü - Video

Sumqayıtda müəllim şagirdi amansızcasına döydü - Video


13-01-2016, 23:45. Yazar: Xeberaz
Sumqayıtda müəllim şagirdi amansızcasına döydü  -  Video
Sumqayıt şəhərində məktəblərdən birində müəllim şagirdi döyüb.

Xeberaz.az -ın ans press-ə istinadən məlumatına görə, təqdim edilən videoda aydın görünür ki, Sumqayıtda yerləşən 22 saylı orta məktəbdə İdris adlı tarix müəllimi dərsdə şagirdlərin gözü qarşısında şagirdin başına çox sayda zərbələr endirir.

Əsəbləri soyumayan müəllim həmin şagirdi sürüyərək sinifin küncünə apararaq döyməkdə davam edir. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, həmin şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim uşağı döyməyə davam edir və cavabında “Cəhənnəmə xəstədir” deyir.

Həmin videonu təqdim edirik:

Geri dön