Ana Sayfa > M / Karusel / Dünya / M2 / Foto-fakt / Fotogalereya > Ərdoğan Tehrandadır – FOTO

Ərdoğan Tehrandadır – FOTO


7-04-2015, 16:05. Yazar: Xeberaz
Ərdoğan Tehrandadır – FOTO
Türkiyə prezidentini süvarilər qarşıladı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana rəsmi səfəri başlayıb.

xeberaz.az Türkiyənin Anadolu Ajansi-na istinadən xəbər verir ki, İran pezidenti Həsən Ruhani Tehranda Ərdoğanı fəxri qarovulla qarşılayıb.

Sədabad sarayının qarşısında Ərdoğanın avtomobilini atlı əsgərlər qarsalayıblar. Atlıların müşayiəti ilə saraya daxil olan Ərdoğan burada prezident Ruhani ilə görüşüb. Jurnalistlər iki liderin uzun bir müddət əl sıxmalarına diqqət yetiriblər.

Daha sonra milli himnlər oxunub, Ərdoğan və Ruhani mərasim iştirakçılarını salamlayıblar.

Rəsmi qarşılanma mərasimindən sonra Ərdoğan və Ruhani Türkiyə-İran əməkdaşlıq şurasının ikinci iclasına rəhbərlik edəcək, qarşılıqlı sənədlərin imzalanması mərasimindən sonra isə mətbuat qarşısında çıxış edəcəklər.







Geri dön