Ana Sayfa > M / Karusel / Dünya / Aktual > “Rusiya Türkiyəyə başsağlığı verdi

“Rusiya Türkiyəyə başsağlığı verdi


13-01-2016, 00:31. Yazar: Xeberaz
“Rusiya Türkiyəyə başsağlığı verdi
Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyə və İraqda ard-arda baş verən terror aktları ilə əlaqədar olaraq başsağlığı verib.

Rusiyanın Ren TV kanalı xəbər verir ki, XİN bu terror hadisələrini heç bir halda haqq qazandırılmayan cinayət hadisəsi adlandırıb.

“Bağdaddakı və İstanbuldakı terror aktları ilə bağlı ölənlərin yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə sağalmağı arzu edirik”-, deyə qurumun məlumatında deyilir.

Xatırladaq ki, bu gün Türkiyənin Sultanəhməd meydanında baş vermiş terrorda 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Hadisənin 27 yaşlı suriyalı İŞİD-çi tərəfindən törədildiyi ehtimal olunur.
Geri dön