Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Bakı Gəmiqayırma Zavodunda sualtı tikinti gəmisi inşa olunur

Bakı Gəmiqayırma Zavodunda sualtı tikinti gəmisi inşa olunur


11-01-2016, 19:41. Yazar: Xeberaz
Bakı Gəmiqayırma Zavodunda sualtı tikinti gəmisi inşa olunur
BP sifariş edib.

Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu Bakı Gəmiqayırma Zavodunda ötən 2015-ci ildə 2 üzən qurğunun və 3 blok körpüsünün tikintisi başa çatdırılıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, hazırda zavodda BP şirkətinin sifarişi ilə dəyəri 378 mln. dollar olan “Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır. Gəminin tikintisinin 2017-ci ilin aprel ayınadək tam başa çatdırılması nəzərdə tutulur.

Eyni zamanda, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin tikintisi həyata keçirilir. Bu gəmilərin inşası üzrə işlər bu ilin aprelinədək başa çatdırılacaq.
Geri dön