Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm / Foto-fakt / Fotogalereya > İlham Əliyev Kəbədə namaz qıldı – FOTO

İlham Əliyev Kəbədə namaz qıldı – FOTO


7-04-2015, 15:14. Yazar: Xeberaz


Prezident Məkkədədir.

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar.

Xeberaz.az AzərTAc-a istinadla xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri xüsusi libas geyinərək Əl-Həram məscidinə gəldilər.

Bir neçə mərtəbəli və doqquz minarəli məscid öz gözəlliyi və əzəməti ilə insanı heyran edir.

Ziyarətgahın rəhbərləri İlham Əliyevi mehribanlıqla qarşıladılar.

Dövlət başçısı və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolandılar, məsciddə namaz qıldılar.

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlandı. Azərbaycan Prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət etdilər.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil oldular, burada namaz qıldılar.

Ümrə ziyarəti başa çatdıqdan sonra İlham Əliyev Əl-Həram məscidini seyr etdi.

Azərbaycan Prezidentinə məscid haqqında ətraflı məlumat verildi.

İlham Əliyev Kəbədə namaz qıldı – FOTO

















Geri dön