Ana Sayfa > M / Karusel / Dünya > İran ABŞ aviadaşıyıcısı yaxınlığında raketlərdən atəş açdı - VİDEO

İran ABŞ aviadaşıyıcısı yaxınlığında raketlərdən atəş açdı - VİDEO


10-01-2016, 21:44. Yazar: Xeberaz
İran ABŞ aviadaşıyıcısı yaxınlığında raketlərdən atəş açdı - VİDEO
Pentaqon videogörüntü yayıb.

Pentaqon İranın ABŞ aviadaşıyıcısı və Fransa ticarət gəmisi yaxınlığında raketlərdən atəş açılmasının görüntülərini yayıb.

Oxu.Az xəbər verir ki, video “Military Time” nəşrinin saytında yerləşdirilib.

Videoda bir neçə katerin raket atdığı kadrlar öz əksini tapıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı kadrlar Amerikanın “Seahowk” vertolyotundan lentə alınıb.

Video dekabrın 26-da Oman və Fars körfəzlərini birləşdirən Hörmüz boğazında çəkilib.

Qeyd olunur ki, raket atışları başlamazdan 20 dəqiqə əvvəl İran gəmilərinin heyət üzvləri radioəlaqə vasitəsi ilə təlim keçirəcəklərini və raket atışı reallaşdıracaqlarını elan ediblər.
Geri dön