Ana Sayfa > M / Karusel / Şou-Biznes > Zəlimxan Yaqubun xəstəliyi şiddətlənir

Zəlimxan Yaqubun xəstəliyi şiddətlənir


9-01-2016, 01:16. Yazar: Xeberaz
Zəlimxan Yaqubun xəstəliyi şiddətlənir
Xalq şairi Zəlimxan Yaqubun səhhəti getdikcə ağırlaşır. Şairin sağlıq durumunda yaranan problemlər gün-gündən kəskinləşir, müalicə heç bir nəticə vermir.

Xeberaz.azxəbər verir ki, ailəsindən publika.az-a verilən məlumata görə, şair həkim nəzarəti altındadır. Bütün səylərə baxmayaraq, onun sağlıq durumunda yaxşılığa doğru heç bir dəyişiklik yoxdur:

“Təəssüf ki, Almaniyadan qayıdandan bəri səhhətində müsbət irəliləyiş yoxdur. Narahatlıqları artıb. Böyrək çatışmazlığından əziyyət çəkir, böyrək köçürülməsi mümkünsüz olduğundan xəstəlik gün-gündən şiddətlənir”.

Əvvəllər həftədə bir dəfə dializ olunan xalq şairi həkimlərin qərarı ilə indi bu proseduranı həftədə üç dəfə qəbul edir.
Geri dön