Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Preziden İmişlidə yol tikintisinə 1,1 milyon ayırdı
Preziden İmişlidə yol tikintisinə 1,1 milyon ayırdı8-01-2016, 20:05. Yazar: Xeberaz |
Prezident İlham Əliyev İmişli rayonunun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb Xeberaz.az -ın president.az-a istinadən məlumatına görə, sərəncama əsasən, on beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 1,1 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. Geri dön |