Ana Sayfa > M / Karusel / Gündəm > İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı


6-01-2016, 19:05. Yazar: Xeberaz
İlham Əliyev sərəncam imzaladı
Prezident pul ayırdı.

Azərbaycan Prezidenti İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Xeberaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə 1,4 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb
Geri dön