Ana Sayfa > M / Karusel / Hadisə > Polis rəisi öz idarəsinə yoxlama çağırıb

Polis rəisi öz idarəsinə yoxlama çağırıb


12-03-2015, 20:10. Yazar: Xeberaz
Polis rəisi öz idarəsinə yoxlama çağırıb

Sabunçu rayon Polis İdarəsinin yeni təyin olunan rəisi Eldar İlyasov Daxili İşlər Nazirliyinə müraciət edib.


Xeberaz.az xəbər verir ki, polis rəisi nazirliyə müraciət edərək idarəyə kompleks yoxlama göndərilməsini xahiş edib. Rəisin istəyi nəzərə alınaraq nazirlik tərəfindən idarəyə kompleks yoxlama göndərilib.

Məlumata görə, E.İlyasov təyinatından sonra idarəyə öz komandasını gətirmək və hazırda rəhbər vəzifədə olanları dəyişmək üçün hərəkətə keçsə də, müqavimətlə üzləşib. Rəhbər işçilər öz istəkləri ilə istefa verməkdən imtina ediblər. Bundan sonra idarədə nöqsanların olduğunu iddia edərək nazirlik tərəfindən yoxlama aparılmasını məqsədəuyğun sayıb.
Geri dön