Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Dekabr üzrə xam neftin dünya bazarındakı qiymətləri açıqlandı

Dekabr üzrə xam neftin dünya bazarındakı qiymətləri açıqlandı


5-01-2016, 21:48. Yazar: Xeberaz
Dekabr üzrə xam neftin dünya bazarındakı qiymətləri açıqlandı
SOCAR məlumat yaydı.

SOCAR 2015-ci ilin dekabr ayında dünya bazarında satışını həyata keçirdiyi xam neftin qiymətlərini açıqlayıb.

Xeberaz.az SOCAR-a istinadən verdiyi məlumata görə, ötən ilin dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 38,21 dollara, Urals nefti - 37,03 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 38,54 dollara satılıb.

Xatırladaq ki, 2014-cü ilin dekabr ayında isə dünya bazarında Brent tipli xam neftin 1 bareli 62,53 dollara, Urals nefti - 61,53 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 68,43 dollara satılıb.
Geri dön