Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz-ın debatı > Azərbaycan və Ermənistan prezidentləri Minskdə görüşə bilərlər

Azərbaycan və Ermənistan prezidentləri Minskdə görüşə bilərlər


4-01-2016, 21:48. Yazar: Xeberaz
Azərbaycan və Ermənistan prezidentləri Minskdə görüşə bilərlər
“Danışıqlar lazımdır”.

Minsk Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün meydança ola bilər.

Xeberaz.az xəbər verir ki, bunu NEWS.am-a müsahibəsində Belarusun Ermənistandakı səfiri İqor Nazarçuk bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi kimi məsələləri “qaynar” yox, “soyuq” rejimdə həll etmək üçün danışıqlar lazımdır.

“ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə buna yönəlib. Əminəm: əlaqələr başlayanda daha çox qarşılıqlı anlaşma yaranır, biz bir-birimizi daha çox anladıqda isə əlavə etibar elementləri peyda olur. Əminəm ki, bu, yeganə düzgün yoldur. Heç bir “qaynar” mərhələyə keçmədən danışıqlar, sakit ünsiyyət”, - deyə, səfir vurğulayıb.
Geri dön