Ana Sayfa > M / Karusel / Dünya > Dünyanı su müharibəsi gözləyir

Dünyanı su müharibəsi gözləyir


2-01-2016, 18:07. Yazar: Xeberaz
Dünyanı su müharibəsi gözləyir
Artıq dünyada içməli su uğrunda müharibənin başlandığını söyləmək olar.

Axar.az xəbər verir ki, son 50 ildə içməli su üstündə 37 konflikt qeydə alınıb.

ABŞ xüsus xidmət orqanları hesab edir ki, içməli su çox da uzaq olmayan gələcəkdə başlıca defisit resurslardan biri olacaq. Xidmət nümayəndələri əminliklə bildirib ki, onların hesablamalarına görə, yaxın 4 ildə ABŞ-ın milli təhlükəsizliyi içməli su qıtlığı sorunuilə üz-üzə qalacaq.

Bu problemlə bağlı milli təhlükəsizlik strategiyası 2014-cü il sentyabrın 16-da qəbul edilib.

Əgər əvvəllər onlar enerji mənbələri uğrunda savaşlar aparırdılarsa, bundan belə əsas məqsəd içməli su mənbələrini ələ keçirilməsidir. Beləliklə, ABŞ yeni müharibəyə hazırlaşır.

Artıq su qıtlığı məsələsi ABŞ-da terrorizm, kütləvi qırğın silahlarının artması, infrastruktur obyektlərinə kiberhücumlar kimi problemlərlə yanaşı dayanır.

Hesablamalara görə, su qıtlığından birinci əziyyət çəkən ölkələr ABŞ, Hindistan, Filippin, Çin, Banqladeş və başqa ada dövlətləri olacaq.
Geri dön