Ana Sayfa > M / Karusel / Dünya > Səudiyyə Ərəbistanında 47 nəfər edam edilib

Səudiyyə Ərəbistanında 47 nəfər edam edilib


2-01-2016, 13:56. Yazar: Xeberaz
Səudiyyə Ərəbistanında 47 nəfər edam edilib

Səudiyyə Ərəbistanında 47 nəfər haqqında ölüm hökmü icra edilib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, haqqında edam cəzası çıxarılan şəxslər arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz Zəhrani və şiə din xadimi Nimr-ən Nimr də var.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər və terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar.

Qeyd edək ki, 2014-cü ildən etibarən Səudiyyə Ərəbistanı terrorçuluq fəaliyyəti ilə məşğul olan təşkilatlara qarşı cinayət məcəlləsində dəyişiklik edib və cəzalar sərtləşdirilib.
Geri dön