Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanın yük maşınları vergidən azad edildi
Tarix: 26-12-2015 | Saat: 23:58
Bölmə:M / Karusel / İqtisadiyyat / Reportaj | çapa göndər

Azərbaycanın yük maşınları vergidən azad edildi
İran və Azərbaycanın yük maşınları dekabrın 22-dən etibarən 160 ABŞ dolları həcmində olan sərhəd vergisini ödəməkdən azad edilib.

APA-nın verdiyi xəbərə görə, bunu İranın quru yolu və nəqliyyat idarəsinin tranzit nəqliyyat və sərhədyanı terminallar departamentinin rəhbəri Məhəmməd Cavad Atrçian deyib.

Onun sözlərinə görə, bu qərar iki ölkə rəsmilərinin Tehranda keçirilən 10-cu Birgə İqtisadi Komissiyası çərçivəsində qəbul olunub.

O, həmçinin, qeyd edib ki, hər iki tərəfdən hər ay 500 pulsuz keçid veriləcək.

Məhəmməd Cavad Atrçian sözlərinə görə, Rusiya, Belarus, Ukrayna, Azərbaycan və Gürcüstana ixrac məhsulları daşıyan yük maşınları da 22 dekabr 2015-ci il tarixdən etibarən 160 ABŞ dolları həcmində sərhəd vergisi ödəməkdən azad edilib.

Onun sözlərinə görə, yük maşını sürücülərinə ödənişsiz keçid lisenziyası İran-Azərbaycan sərhəd-keçid məntəqəsində verilir.


Xəbəri paylaş

6758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___