Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Merkeldən ağlatdığı fələstinliyə bayram hədiyyəsi – Video
Tarix: 26-12-2015 | Saat: 00:08
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Merkeldən ağlatdığı fələstinliyə bayram hədiyyəsi – Video

Almaniya Baş naziri Angela Merkelin iyulda iştirak etdiyi paneldə miqrantlarla bağlı işlətdiyi sözlərdən sonra ağlamağa başlayan fələstinli Reen Sahvil bundan sonra bir il də Almaniyada qalmaq haqqı qazanıb.

“Bild” qəzetinin xəbər verir ki, 14 yaşlı Reem və ailəsinin 2016-cı ilin martında bitəcək yaşayış icazəsi 2017-ci il martına qədər uzadılıb.

Xatırladaq ki, iyulda “Almaniyada yaxşı həyat” adlı konfransda iştirak edən Angela Merkel tələblərə fikirlərini bölüşmüşdü. Tələbələr arasında olan fələstinli Reem Sahvil də konfransda söz alaraq fərdi təcrübəsindən bəhs etmişdi. Reem ölkəsinə geri göndərilməkdən qorxduğunu, ailəsinin çətin dövrdən keçdiyini bildirmişdi. Fələstinli qıza cavab verən Merkelin “bütün miqrantları Almaniyaya dəvət etsək, onların ehtiyaclarını qarşılaya bilmərik”, - deməsi qızı göz yaşlarına boğmuşdu. Merkel qıza yaxınlaşaraq ona təsəlli verməyə çalışmışdı.


Xəbəri paylaş

5788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___