Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünya ölkələrinin liderləri İlham Əliyevi təbrik edirlər
Tarix: 22-12-2015 | Saat: 18:24
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Dünya ölkələrinin liderləri İlham Əliyevi təbrik edirlər
“Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

Dünyanın bir neçə ölkəsinin liderləri Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Xeberaz.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin təbrik məktubunda İlham Əliyevin bu ölkəyə səfərinin əhəmiyyəti vurğulanır:

“Ad gününüz münasibətilə Sizə ən səmimi və xoş arzularımı bildirirəm.

Bu yaxınlarda Çinə çox uğurlu dövlət səfəri etdiniz. Çin və Azərbaycan arasında ikitərəfli münasibətlər, birgə maraq doğuran beynəlxalq və regional problemlər barədə Sizinlə geniş fikir mübadiləsi apararaq, mühüm ümumi nəticələrə gələ bildik. Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaq, xalqlarımızın rifahına xidmət göstərəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

Bundan başqa, Azərbaycan Prezidentini Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti İslam Kərimov, Belarus Prezidenti Aleksandr Lukaşenko da təbrik ediblər.


Xəbəri paylaş

1 1678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___