Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi...
Tarix: 19-12-2015 | Saat: 13:52
Bölmə:M / Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər

Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi...

Millət vəkili Qənirə Paşayeva Ankara şəhəri Gölbaşı bələdiyyə başqanı Fatih Duruayilə görüşüb.
Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb. Q. Paşayeva yaxın zamanlarda Ankarada, Gölbaşının mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə inandığını deyib və Gölbaşı bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.
Azərbaycanı çox sevdiyini deyən Gölbaşı bələdiyyə başqanı Fatih Duruay Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Gölbaşı bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Millət vəkili Gölbaşı bələdiyyə başqanı Fatih Duruay və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Gölbaşı bələdiyyə başqanı Fatih Duruay Azərbaycana məmnuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini bildirib. Görüşdə İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, Ankarada yaşayan bir sıra azərbaycanlı ziyalılar da iştirak edib və bir sıra fikir və təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi...


Xəbəri paylaş

6668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___