Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ədliyyə orqanlarında işləmək istəyənlər üçün test imtаhаnı keçirilir
Tarix: 19-12-2015 | Saat: 13:01
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Ədliyyə orqanlarında işləmək istəyənlər üçün test imtаhаnı keçirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirir.

Xeberaz.az xəbər verir ki, imtahan saat 12:00-da vahid auditoriyada-Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) təşkil olunub.
Xatırladaq ki, sənədlərin qəbulu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılmış və 650 nəfərin namizədliyi qeydə alınıb.
Qeyd edək ki, imtahan 3 saat davam edir və namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunur: 80 sual namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır; 20 sual isə namizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavablar düz cavabların nəticəsinə təsir göstərmir.

Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar


Xəbəri paylaş

6878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___