Parkda qızla öpüşən oğlanı öldürən idmançıya ağır cəza - FOTO
Tarix: 03-04-2015 | Saat: 20:55
Bölmə:M / Karusel / Hadisə / M2 / Foto-fakt | çapa göndər

Zeynalov əməlindən peşman olduğunu qeyd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində şəhər sakini Fərrux Zeynalovun (1996-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
xeberaz.az Oxu.Az-a istinadən xəbər verir ki, ötən il martın 12-də Yasamal rayonu İ.Qutqaşınlı küçəsi, 85 ünvanda Fərrux Zeynalov münaqişə zəminində paytaxt sakini Elçin Dəmirova (1987-ci il təv.) döş qəfəsi nahiyəsindən bıçaqla üç xəsarət yetirib. Ağır yaralanan gənc Kliniki Tibbi mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Səhərisi gün şübhəli şəxs Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təqdim edilib.
İstintaqla müəyyən edilib ki, həmin gün Fərrux Zeynalov parkda məşq etdiyi zaman, Elçin Dəmirovun oturacaqda bir qızla əyləşib, öpüşdüyünü görüb və bunu sonuncuya irad tutub.
Zeynalov parkın yaşadığı əraziyə yaxın olduğunu, oradan qohum və qonşuların keçdiyini bildirib. O, Elçinə qızla başqa yerdə görüşməsini məsləhət gördükdə, Dəmirov bundan əsəbiləşib və Fərruxu söyüb. İlk söz mübahisəsi aralarında orada baş verib, bir qərara gələ bilməyən tərəflər mübahisəyə aydınlıq gətirmək üçün başqa yerdə görüşmək barədə razılığa gəliblər. Axşam saat 16 radələrində görüşərkən onlar mübahisəyə sülh yolu ilə son qoya bilmədiklərinə görə dava başlayıb, nəticədə üzərində olan bıçaqla Fərrux Elçinə zərbələr endirib və hadisə yerindən qaçıb.
Məhkəmə prosesində F.Zeynalov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, ifadəsində Elçin Dəmirovu qəsdən vurmadığını, sadəcə onun fiziki cəhətdən güclü olduğunu anladığı üçün əlini bıçağa atdığını bildirib və əməlindən peşman olduğunu qeyd edib.
Zərərçəkmişin hüquqi varisi ifadə verərək, Zeynalova ittiham olunduğu maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

6378 dəfə oxunub.
Digər xəbərlər

20-05-2019, 10:34
Pərvin bu dəfə də geyimi ilə diqqət çəkdi
14-10-2015, 22:46
Sürücülərin nəzərinə - bu yolda 60 manat cərimə oluna bilərsiniz (VİDEO)
14-03-2016, 10:55
Putindən Ankaradakı qanlı terror hadisəsi ilə bağlı ilk açıqlama
6-07-2017, 12:14
Nəcməddin Sadıkov ABŞ-a gedib
12-11-2016, 20:07
Qadınlar qüsl vaxtı saçlarını mütləq yumalıdılarmı?
25-10-2015, 12:33
Toni Bleyer: "Səddam Hüseynə görə..."
29-08-2016, 16:26
Zeynəb Xanlarovadan Flora Kərimovaya sıfır REAKSİYA – FOTO
15-01-2017, 21:23
Bakıda mağazadan alınan qidanın içindən həşərat çıxdı - FOTO
8-02-2017, 16:12
Xərçəng hüceyrələrini öldürən sadə bitki: evinizdən əskik etməyin
22-11-2015, 21:14
İşimə görə ətrafımda bircə dostum belə qalmamışdı”