Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putin: "Türkiyə rəhbərliyi ABŞ-ın bir yerinə girmək istəyirsə..." (VİDEO)
Tarix: 17-12-2015 | Saat: 17:24
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz TV | çapa göndər

Putin: "Türkiyə rəhbərliyi ABŞ-ın bir yerinə girmək istəyirsə..." (VİDEO)

"Bilmirəm Su-24 təyyarəsinin vurulması kimə lazım idi? Bu hadisə hər iki tərəfin ziyanına işlədi. Bu insidentə qədər bizim həmin ərazidə hava hücumundan müdaiə sistemimiz yox idi. Təyyarənin vurulmasından sonra biz orada bu sistemləri qurduq. İndi Suriya sərhəddində S400 raketləri dayanır".

Xeberaz.az-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, buna qədər də Türkiyə təyyarələri Suriya hava məkanını keçirdi. İndi keçsinlər görək, necə keçəcəklər.

Putin bu münaqişədə üçüncü tərəfin olması məsələsinə də aydınlıq gətirib. O, bundan sonra Türkiyə rəhbərliyindəki şəxslərə sərt ismarış göndərib: "Əgər Tükiyə hökümətində kimsə Amerikanın bir yerinə girmək istəyirsə, buna sözüm yoxdur. Amma bilmirəm ki, ABŞ-a bu lazımdırmı?", - deyə Putin əlavə edib.

"Türkiyə rəhbərliyinin İslamlaşdırma siyasətinə görə, Atatürk hər halda məzarında tərs dönüb. Türkiyədəki mövcud rəhbərliklə razılığa gəlmək çətin olacaq. Əlaqələrin yenidən bərpa edilməsi ilə bağlı bir ümid görmürəm".

"Bir problemlə qarşılaşanda insanlar normalda bir-biriylə ünsiyyət qurub şöhbət edir. Ancaq təyyarəmizi vurduqdan sonra Türkiyə danışıq aparmaq əvəzinə NATO-nun arxasına gizləndir. Antalyaya G20 zirvəsinə getdim və orada bir çox türk rəhbərlə görüşdüm. Bizim qarşımıza beynəlxalq hüquqa uyğun gəlməyən Türkiyə haqqında çox həssas mövzular qoydular".

Putin bildirib ki, Türkiyə Su-24 təyyarəsini vurduqdan sonra Suriyadan çəkiləcəyimizi zənn edib. Ancaq Rusiya elə bir ölkə deyil: "Suriyadakı varlığımızı daha da gücləndirdik. Suriyada artıq S-400 hava müdafiə sistemlərimiz var. Türkiyə Suriyanın hava məkanını daim pozurdu. İstəsə buyursun indi də etsin".



Xəbəri paylaş

6148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___