Azərbaycan tank mərmisi istehsal edəcək
Tarix: 17-12-2015 | Saat: 13:43
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər
Müdafiə sənayesi naziri açıqlama verib.
Hal-hazırda alınmış və quraşdırılmış texnoloji xətlərdə müxtəlif tipli izburaxan gülləli patronların, müxtəlif mm-lik müxtəlif növ döyüş sursatları üçün partladıcıların, 6 növ kiçik və iri kalibrli lülələrin, 6 növ artilleriya və tank topları üçün mərmilərin, avtomatik topun istehsalının mənimsənilməsi işləri aparılır.
Xeberaz.az xəbər verir ki, bunu “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazirin sözlərinə görə, MSN-nin fəaliyyəti dövründə 1000 addan çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilib.
“Bunlardan universal və tank pulemyotlarını, tank əleyhinə əl qumbaraatanını, müxtəlif mm-lik minaatanları və onlar üçün minalı atəş yığımlarını, pilotsuz uçuş aparatlarını, mina təsirinə dayanıqlı zirehli texnikaları, BTR və BRDM tipli zirehli texnikaların təkmilləşdirilməsini və s. göstərmək olar”, - deyə, Y.Camalov bildirib.
Nazir qeyd edib ki, ümumilikdə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2006-cı ilə nisbətən 2015-ci ilin ilkin yekunlarına görə 210 dəfədən çox artıb.
“Ümumi məhsul istehsalının tərkibində müdafiə və xüsusi təyinatlı məmulatların həcminin xüsusi çəkisi 2006-cı illə müqayisədə 47 faiz artaraq 86 faiz təşkil edib”, - deyə, o bildirib.
Xəbəri paylaş
5978 dəfə oxunub.
Digər xəbərlər

26-02-2016, 09:29
Prezident yeni təyinatlarla bağlı sərəncam imzaladı
9-07-2020, 13:43
DTX tərəfindən həbs olunan XİN-in vəzifəlilərindən XƏBƏR VAR
11-06-2016, 14:46
Kürdlər yeni dövlət qurur: “Ölümsüz gəlin”
22-03-2018, 11:45
"Barsa" İnyesta ilə bağlı qərarını verdi
12-04-2018, 21:23
Bu gecə Bakının üç rayonunda su olmayacaq
26-07-2016, 13:58
Dönər yeyənlərə nazirlikdən XƏBƏRDARLIQ
13-01-2016, 20:30
Mafiya başçıları övladlarının kef fotoları