Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ali məktəblər pul yığımından azad edildi
Tarix: 15-12-2015 | Saat: 01:12
Bölmə:M / Karusel / Təhsil | çapa göndər

Ali məktəblər pul yığımından azad edildi
Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələrin təhsil haqları mərkəzləşdirilmiş şəkildə toplanacaq. Azərbaycan Mərkəzi Bankının yaydığı xəbərə görə, bundan sonra təhsil haqları AMB tərəfindən yaradılmış Hökumət Ödəniş Portalı (HÖP) infrastrukturu vasitəsi ilə yığılacaq.
Məlumatda bildirilir: «Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi, həmçinin dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”nın (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Hal-hazırda respublikada fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları, mobil və stasionar rabitə operatorları ilə yanaşı, Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Daxili İşlər, Energetika və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan İpoteka Fondu, Dövlət Miqrasiya Xidməti kimi dövlət orqanları yaradılmış infrastruktura inteqrasiya olunub.

Layihənin cari mərhələsində Təhsil Nazirliyi ilə həyata keçirilən birgə fəaliyyət nəticəsində dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələrin təhsil haqlarının mərkəzləşdirilmiş qaydada toplanılmasının təmin olunması məqsədilə nazirlikdə xüsusi informasiya sistemi yaradılıb və HÖP infrastrukturuna inteqrasiya olunub».

Təhsil Nazirliyi tərəfindən pilot olaraq seçilmiş dövlət ali təhsil müəssisələri (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Sumqayıt Dövlət Universiteti) yaradılan informasiya sisteminin avtomatlaşdırılmış iş yeri ilə təmin edilərək, onlara tələbələr haqqında məlumatların mərkəzi informasiya bazasına daxil edilməsi və qəbul edilən ödənişlər haqqında hesabatların alınması imkanı yaradılıb.

Yaradılmış infrastruktura qoşulan ali təhsil müəssisələri üzrə qəbul edilən təhsil haqqı ödənişləri haqqında məlumatlar real vaxt rejimində Təhsil Nazirliyinin mərkəzi informasiya sisteminə, maliyyə vəsaitləri isə bu müəssisələrin hesablarına xidmət göstərən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə çatdırılır. Hər bir əməliyyat gününün sonunda toplanmış vəsaitlərin müvafiq hesablara çatdırılması üzrə elektron üzləşmə aparılır və bu haqda Təhsil Nazirliyinin mərkəzi informasiya sisteminə məlumat çatdırılır.

Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyi ilə birgə həyata keçirilmiş bu tədbir nəticəsində infrastruktura qoşulan dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələr Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkənin istənilən regionunda «Azərpoçt» MMC-nin və 42 bankın 2000-ə yaxın ödəniş məntəqəsində və infrastruktura inteqrasiya olunan ödəniş terminallarında nağd formada, həmçinin ödəniş kartlarından istifadə etməklə HÖP-ün internet resursları və «Elektron Hökumət» portalı vasitəsilə nağdsız formada ödənişlərini həyata keçirmək imkanına malik olub. Xatırladırıq ki, yuxarıda qeyd olunan istənilən üsulla təhsil haqları üzrə borcların öyrənilməsi və ödənişlərin aparılması üçün ödənişli təhsil alan tələbənin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsindən, təhsil müəssisəsi tərəfindən tələbəyə verilmiş xüsusi koddan və ya qəbz nömrəsindən istifadə edilə bilər.


Xəbəri paylaş

8938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___