Heydər Əliyevin xatirəsi Parisdə də anılıb – FOTO
Tarix: 12-12-2015 | Saat: 12:29
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik bərqərar edilib.
Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Xeberaz.az-ın AzərTac-a istinadən verdiyi xəbərə görə, mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin siyasi fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.
Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Elçin Əmirbəyov müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat yolundan, xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb.
Səfir bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu və keçmiş SSRİ-də yüksək vəzifədə çalışdığı dövrdə ölkənin inkişafı üçün böyük işlər görüb. Ulu Öndər siyasi hakimiyyətə yenidən gəlişi ilə ölkəmizi inkişaf yoluna çıxararaq Azərbaycanın bərpa edilən müstəqilliyinin möhkəmləndirilməsində və qorunub saxlanmasında əvəzsiz xidmətlər göstərib.
Qeyd olunub ki, dövlətimizin və dövlətçiliyimizin memarı olan Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın xarici siyasəti müəyyənləşdirilib, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları ilə əlaqələr qurulub, iqtisadiyyatımız dirçəlib.
Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünya dövlətləri arasında öz yerini və nüfuzunu möhkəmləndirib.
Mərasimdə iştirak edən Fransanın Azərbaycandakı keçmiş səfiri Jan Perren səfir olduğu dövrdə Ulu Öndərlə görüşlərindən danışıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan–Fransa münasibətlərinə böyük əhəmiyyət verdiyini vurğulayıb.
Qeyd edilib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik bərqərar edilib, “Əsrin müqaviləsi” imzalanıb, iqtisadi, sosial inkişaf təmin olunub.
Xəbəri paylaş
5238 dəfə oxunub.
Digər xəbərlər

10-01-2016, 21:44
İran ABŞ aviadaşıyıcısı yaxınlığında raketlərdən atəş açdı - VİDEO
8-12-2015, 15:22
97 yaşlı nənə Facebooku alt-üst edir - VİDEO
13-06-2021, 12:57
“Minalanmış ərazinin kiçik hissəsinin xəritəsini vermişik” - Paşinyan
5-03-2016, 12:56
VIP çadırların qurulması qadağan ediləcək – VİDEO
24-01-2017, 23:32
Sürücünün ağlamasını videoya çəkən polis işdən çıxarıldı
14-08-2021, 13:29
Operativ Qərargah müzakirələrə başladı: Karantin sərtləşdirilir?
19-05-2017, 13:57
Çuğundur yarpağı. FAYDASI SAYMAQLA BİTMƏZ!
19-06-2016, 12:14
Saakaşvilinin quberniyasında gürcü avtoritet tutuldu
7-07-2021, 10:08
Sürücülərin NƏZƏRİNƏ! Bütün maşınlarda olmalıdır - VİDEO