Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan ordusunun zabitləri iclasa toplaşdılar
Tarix: 11-12-2015, 17:11 | Saat: 15:47:00
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycan ordusunun zabitləri iclasa toplaşdılar
MN məlumat yaydı.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən tabelikdə olan idarə və təşkilatlar üzrə kadrlarla aparılmış işlərin yekunu və növbəti ildə qarşıda duran vəzifələrə dair toplantı keçirilib.

Tədbirdə çıxış edən Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tövsiyə və tapşırıqlarını toplantı iştirakçılarına çatdıraraq kadrlarla işə cavabdeh zabitlərin üzərinə düşən vəzifələri xüsusi qeyd edib.

Hərbi qulluqçuların vəzifələrə təyin edilməsində işgüzar keyfiyyətlərlə yanaşı, onların mənəvi-psixoloji hazırlığı, nizam-intizamının nəzərə alınmasının vacibliyi vurğulanıb, 2016-cı ildən hərbi qulluqçuların attestasiyası ilə bağlı yeni qaydaların tətbiq olunacağı diqqətə çatdırılıb.

Toplantıda il ərzində əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, müəyyən döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçən peşəkar zabitlərin fəaliyyətinin keyfiyyətcə artırıldığı önə çəkilib.

Bildirilib ki, hərbi xidmətə cəlb ediləcək ixtisaslı gənclərlə bağlaşmadan qabaq onların bilik və bacarıqları, mənəvi keyfiyyətləri nəzərə alınacaq və belə zabitlərlə işin keyfiyyətinə diqqət artıralacaq.

Sonda tapşırıqların yerinə yetirilməsində nailiyyətlər əldə etmiş bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

3938 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___