Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ulu öndər yad olundu
Tarix: 11-12-2015 | Saat: 16:19
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Ulu öndər yad olundu
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində ulu öndər və ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə bağlı tədbir keçirilib.

Xeberaz.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova, o cümlədən, muzeyin şöbə müdiri Təranə Zeynalova ümummilli liderin həyat və fəaliyyəti haqqında çıxışlar ediblər.

Tədbirdə Türkiyə səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Murad Karaçanta, Krım-Sevastopol Dövlət Teleradiosunun “Azərbaycan - Qobustan” proqramının redaktoru Həbib Əliyev çıxış edib. Çıxışlar H.Əliyevin həyat yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.

Tədbir muzeyin Qədim Musiqi Alətləri Dövlət Ansamblının ifasında ümumilli liderin xatirəsinə həsr olunmuş musiqi proqramı ilə davam edib.


Xəbəri paylaş

6418 dəfə oxunub.

Digər xəbərlər
18-04-2017, 13:27 Dollar ucuzlaşdı
18-07-2015, 11:38 Ukrayna əhalisi azalır
7-10-2015, 23:42 Ani Lorak Bakıda - FOTO

bütün xəbərlər
____ Instagram ___