Niderland mediası Azərbaycana diqqəti artırır
Tarix: 10-12-2015 | Saat: 15:22
Bölmə:M / Siyasət / M2 | çapa göndər
“Niderland və Azərbaycanın bir-birinə təklif edə biləcəyi şeylər çoxdur” – Niderland mətbuatında Azərbaycanla bağlı verilən növbəti yazının adı belədir. Söhbət Niderlanddakı “PZC” qəzetində çıxan yazıdan gedir. Daha sonra yazıda deyilir: ”Vüqar Abbasov öz doğulduğu ölkəni, Azərbaycanı və 2008 – ci ildən etibarən yaşadığı Niderlandı dəlicəsinə sevir. O, həmkarı Wim van Embdenlə (Vim van Embden) birlikdə “Connect” təşkilatını yaradaraq, bu iki ölkənin imkanlarını bir araya gətirmək istəyir. Onun fikrincə, bunu müxtəlif sahələrdə etmək olar. Niderlandlı iş adamları ilə Azərbaycandan olan iş adamlarını bir araya gətirmək, biznes turlar təşkil etmək və.s. Abbasovun planlarına daxildir. Təşkilat olaraq onlar hər iki ölkədə tədbirlər keçirməyi düşünürlər. Abbasov Azərbaycanın milli rəqslərindən, folklorundan, muğamından söhbət açaraq onların niderlandlılar üçün maraqlı olacağını düşündüyünü bildirir. Azərbaycanın həm də turistlər üçün çox maraqlı ölkə olduğuna diqqət çəkən Abbasov orda turistlər üçün hər bir şəraitin olduğunu xüsusi vurğulayırı. O, ölkəsində dini baxımdan heç bir problemin olmadığı ilə fəxr edir. Abbasov Azərbaycanda bütün dinlərin, müsəlmanların, xristiyanların, yəhudilərin bir arada və problemsiz yaşadığını deyir. “Təşkilat olaraq həm də Niderlandda yaşayan digər gəlmə insanlarla da müəyyən işlər aparmağı düşünürük. Burda yaşadığımız üçün Niderland bizim, burda yaşayanların ümumi evidir. Özünü evin içində hiss etsən çox şey əldə edə bilərsən, bayırda qalsan, qazancın ancaq soyuq hava olar” – də Abbasov əlavə edir”.
Xəbəri paylaş
5628 dəfə oxunub.
Digər xəbərlər

10-10-2015, 13:28
Ankarada güclü partlayış: Ölənlər var – YENİLƏNİB + VİDEO
10-08-2016, 21:46
ABŞ-ı Putin paranoyası bürüyüb
5-09-2022, 12:07
Göyçayda TİKİNTİ ÖZBAŞINALIĞI... - "İntiqam Süleymanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək..."
30-07-2015, 14:24
Oqtay Şirəliyev merə müraciət etdi
28-03-2018, 22:01
İtkin düşən alpinistlərin axtarışı davam edir
26-07-2015, 12:50
Türk müğənnisi Aygün Kazımovanın peşakar heyəti ilə. (FOTO)
26-08-2016, 10:54
Merkelin də avtomobil karvanına hücum edildi
17-04-2016, 20:33
Aygün Kazımova ilə Miri Yusif "Bağışla" dedi - audio
4-04-2016, 17:07
“Ermənilərə belə lazımdır” - Gürcü idmançı
29-05-2016, 17:05
Ucar və Qusarda tövlə yanıb