Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev İnzibati Xətalar Məcəlləsində son dəyişiklikləri təsdiq etdi
Tarix: 08-12-2015 | Saat: 17:43
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər

İlham Əliyev İnzibati Xətalar Məcəlləsində son dəyişiklikləri təsdiq etdi
Dövlət başçısı fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Xeberaz.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dəyişikliklərə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 229.2-ci maddə əlavə edilir:

“229.2. Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması - yüz manat miqdarında cərimə edilir”.

Maddənin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilir:

“Qeyd: Bu Məcəllənin 229.1-ci maddəsində "az miqdarda" dedikdə beş yüz manatadək, 229.2-ci maddəsində isə "az miqdarda" dedikdə əlli manatadək olan məbləğ başa düşülür”.

Maddə 2. Bu Qanun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.


Xəbəri paylaş

4838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___