Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SOCAR prezidenti yaralı neftçiləri ziyarət etdi – FOTO
Tarix: 07-12-2015 | Saat: 22:13
Bölmə:M / Karusel / Səhiyyə | çapa göndər

SOCAR prezidenti yaralı neftçiləri ziyarət etdi – FOTO
Leyla Seyidbəyli müalicə olunan şəxslərin səhhəti ilə bağlı məlumat verib.

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Günəşli" yatağında baş vermiş qəzada xəsarət alan və hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan neftçilərə baş çəkib.

Xəbəraz.az Report-a istinadən xəbər verir ki, Rövnəq Abdullayev xəstələrin vəziyyəti ilə maraqlanıb, Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli müalicə olunan şəxslərin səhhəti ilə bağlı məlumat verib.

SOCAR prezidenti müalicə olunan neftçilərlə görüşüb söhbət edib, onlara şəfa arzulayıb.

Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.

Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi aidiyyəti üzrə təhvil verilib, 23 nəfərin axtarışı davam etdirilir.
SOCAR prezidenti yaralı neftçiləri ziyarət etdi – FOTO
SOCAR prezidenti yaralı neftçiləri ziyarət etdi – FOTO


Xəbəri paylaş

5598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___