Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Almaniya: “Ərəbistan vəhhabiliyi yayır”
Tarix: 07-12-2015 | Saat: 01:05
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Almaniya: “Ərəbistan vəhhabiliyi yayır”


Almaniya kanslerinin müavini Siqmar Qabriel İŞİD-in yaranmasında Qərb ölkələrinin günahkar olduğunu açıqlayıb.

Ölkəsinin keçmişdə Yaxın Şərq diktatorlarına silah verdiyini deyən Qabriel Suriyaya canlı qüvvə yeridilməsi ilə bağlı qəbul olunan qərarı da tənqid edib:

“İŞİD-i yox etmək məcburiyyətindəyik. İŞİD terror ilə bütün dünyanı təhdid edir. Eyni zamanda, özümüzə İŞİD-in necə yarandığı sualını verməliyik. Bu mövzuda Qərb günahsız deyil. Beynəlxalq hüquqa zidd olan İraq müharibəsi bu ölkəni terrorçuların mərkəzinə çevirdi. Çünki bütün ictimai strukturlar məhv edildi. Biz Şröderin cəsur bir şəkildə bu döyüşə “yox” deməsində qürur duyuruq. Xristian Demokrat Partiyası (CDU) o zamanlarda ABŞ ilə döyüşə girmək istəyirdi. Bizim ərəb coğrafiyasındakı strategiyamız tez-tez, “düşmənimin düşməni mənim dostumdur” prinsipi olub. Lakin əvvəlki hökumətlər diktatorlara silah verirdi”.

Baş nazir müavini regional problemlərin həllində Səudiyyə Ərəbistanına ehtiyac olmadığını bildirib:

“Artıq görməzlikdən gəlmək dövrü bitib. Dünyadakı vəhhabi məscidlər Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir. Almaniyada bu məscidlərdən daha çox radikal təhlükələr yaranır”.AXaraz


Xəbəri paylaş

5158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___