Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan Beynəlxalq Bankının yeni rəhbərini sizdə tanıyın
Tarix: 02-04-2015 | Saat: 12:00
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Azərbaycan Beynəlxalq Bankının yeni rəhbərini sizdə tanıyın
Fərid Axundov 23 may 1971-ci ildə anadan olub.

Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olunub.

Xeberaz.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya məlumat Beynəlxalq Bankdan daxil olub.

Məlumata görə, “PaşaBank”ın sədri Fərid Axundov Beynəlxalq Banka sədr təyin edilib.

Məlumat üçün bildirək ki, Fərid Axundov 23 may 1971-ci ildə anadan olub.

Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Sənayenin planlaşdırılması” fakültəsində alıb. 1993-cü ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib. 1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin “Biznesin administrasiyası” fakültəsini bitirib.

03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri, Baş icraçı direktorun müavini vəzifələrində çalışıb.

10.2003-06.2005-ci illərdə QSC “Bank Standard” KB-nın İdarə Heyətinin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirib.

07.2005-03.2007-ci illərdə “F.T.F” MMC-nin direktoru vəzifəsində çalışıb.

30.06.2007-ci il tarixdən isə “PaşaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

“Unibank”ın icraçı direktoru Cəlal Qasımov isə “PaşaBank”ın İdarə Heyətinin sədri gətirilib. O həmçinin Təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur.


Xəbəri paylaş

8928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___