Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nardaran radikal dini simvollardan təmizləndi - FOTO + YENİLƏNİB
Tarix: 01-12-2015 | Saat: 21:00
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Nardaran radikal dini simvollardan təmizləndi - FOTO + YENİLƏNİB
Nardaran sakinlərindən silah-sursatı təhvil vermək tələb edilib.

Bu gün günorta saatlarında Nardarana gələn Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov qəsəbə sakinləri ilə görüşüb.

Trend-in əməkdaşının məlumatına görə, V.Eyvazov qəsəbə sakinləri ilə görüşdə onlarda olan qanunsuz silah və sursatı könüllü olaraq təhvil verməyi tələb edib.

Qeyd edək ki, bu gün saat 8:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

17:36

Bu gün Daxili İşlər Nazirliyi (DİN), Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçirib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Nardarana giriş-çıxış, həmçinin qəsəbənin içi polis tərəfindən tam nəzarətə götürülüb.

Əraziyə Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları cəlb edilib.

Qəsəbəyə daxili işlər nazirinin müavini Vilayət Eyvazov da gəlib.

Polis noyabrın 26-da baş vermiş insidentin digər iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar aparıb. Saxlanılanlar var. Məlumata görə, qəsəbədəki bir neçə evdən silah-sursat aşkarlanaraq götürülüb.

Bununla yanaşı, qəsəbənin küçə və meydanlar radikal dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər elementlər yığışdırılıb, barrikadalar təmizlənib.

Qəsəbədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nardaran radikal dini simvollardan təmizləndi - FOTO + YENİLƏNİB
Nardaran radikal dini simvollardan təmizləndi - FOTO + YENİLƏNİB
Nardaran radikal dini simvollardan təmizləndi - FOTO + YENİLƏNİB
Nardaran radikal dini simvollardan təmizləndi - FOTO + YENİLƏNİB
Nardaran radikal dini simvollardan təmizləndi - FOTO + YENİLƏNİB
Nardaran radikal dini simvollardan təmizləndi - FOTO + YENİLƏNİB
Nardaran radikal dini simvollardan təmizləndi - FOTO + YENİLƏNİB
Nardaran radikal dini simvollardan təmizləndi - FOTO + YENİLƏNİB


Xəbəri paylaş

7298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___