Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təranəyə köməyə gələn Pərviz Bülbülə də cərimə olundu
Tarix: 29-11-2015 | Saat: 20:24
Bölmə:M / Karusel / Hadisə | çapa göndər

Təranəyə köməyə gələn Pərviz Bülbülə də cərimə olundu

“Maşınımın üstündə həbs vardı deyə, istəmirdim ki, cərimə meydançasına aparsınlar”

Xəbəraz.az xəbər verir ki, bu sözləri Lent.az-a ötən gün Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan prodüser Təranə Səmədova deyib. O bildirib ki, sərxoş deyilmiş:

“Ötən gün bir tanışımızın ad günündən çıxmışdım. Getdiyim yerdə gördüm ki, yolda süni postlar qurublar. Polislər saxladılar, mən də adam var idi onu gözləyirdim ki, gəlsin, maşınımı aparmasınlar. Məni saxlayan yol polis əməkdaşları da bu tabesizliyi özlərinə hörmətsizlik kimi qəbul edib, kömək üçün post patrul çağırdılar. Kamera da bunu lentə aldı. Dostum meyxanaçı Pərviz də sağ olsun ki, mənə görə narahat olub gəldi. Burada şişirdiləsi nəsə yoxdur”.

Xatırladaq ki, T.Səmədovanı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində saxlamışdılar. APA TV-nin məlumatına görə, yol polisi əməkdaşı Pərviz Musayev sürücünün tabe olmadığını bildirib:

"Sürücü bilərəkdən tabe olmadı və hərəkət sürətini artırdı. Dəfələrlə ziq-zaqvari manevr hərəkətləri edərək, məsuliyyətdən qaçmağa çalışdı. Amma sürücü tərəfimizdən operativ şəkildə süni tıxac vasitəsilə saxlanıldı".

Qeyd edək ki, Təranə Səmədova sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinədən imtina edib. Əraziyə Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisə yerinə tanınmış meyxanaçı Pərviz Bülbülə də gəlib. Təranə Səmədova onun avtomobilinə əyləşmək istəsə də, onun ərazidən uzaqlaşa biləcəyindən ehtiyatlanan polis əməkdaşları buna mane olublar.

Qeyd edək ki, prodüser T.Səmədovanının köməyinə gələn meyxanaçı P,Bülbülənin də maşınını ötən gün cərimə meydançasına aparıblar. Belə ki, meyxanaçı avtomobili sənədsiz idarə edirmiş.


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
30-11-2020, 11:39 Bu rayonlara qar yağdı

bütün xəbərlər
____ Instagram ___