Rövnəq Abdullayev İranda - FOTO
Tarix: 29-11-2015 | Saat: 17:09
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
Nazir konfransda iştirak edib.
SOCAR prezidenti Rövnəq Abdullayev İranda səfərdə olub.
SOCAR-dan verilən məlumata görə, R. Abdulalyevin başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin neft müqavilələri ilə əlaqədar Tehranda keçirilmiş konfransda iştirak edib.
Tədbirdə İranın neft naziri Bijən Namdar Zəngəne, İran Prezidentinin hüquqi məsələlər üzrə müavini xanım Elham Əminzadə, neft nazirinin müavini, Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi açılış nitqləri ilə çıxış ediblər.
Daha sonra konfransda İranın neft-qaz yataqlarının işlənilməsi proqramlarının həyata keçirilməsi və hasilatın artırılması, neft-qaz sənayesində investisiya imkanları məsələləri ətrafında çıxışlar dinlənilib, təqdimatlar olub. İran neft sənayesinin mövcud vəziyyətini, imkanlarını və potensialını əhatə edən 50-dən artıq yeni neft-qaz layihəsinin təqdimatı keçirilib.
SOCAR prezidenti İrana səfəri çərçivəsində həmçinin bu ölkənin neft naziri Bijən Namdar Zəngəne və neft nazirinin müavini, Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanla əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
R. Abdullayev şirkətin Azərbaycan və xarici ölkələrdə həyata keçirdiyi layihələr, o cümlədən, “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi üzrə aparılan işlər barədə məlumat verib. Görüşlərdə İranda həyata keçirilməsi planlaşdırılan potensial layihələr haqqında fikirlər səsləndirilib, müzakirələr aparılıb.
Layihələrin həyata keçirilməsi üçün müvafiq hüquqi və kommersiya şərtlərinin vacibliyi, sərmayələrin qorunmasının, münbit investisiya mühitinin təmin olması və s. məsələlər ətrafında fikir mübadiləsi olub.
SOCAR və NİOC arasında bir sıra istiqamətlər üzrə, o cümlədən, əlverişli coğrafi mövqeyi nəzərə almaqla neft-qaz həcmlərinin svap əməliyyatları, neft-qaz treydinqi məsələləri, hər iki ölkədə və üçüncü ölkələrdə kəşfiyyat və hasilat layihələri, neft-kimya layihələri və s. sahələr üzrə mümkün əməkdaşlıq istiqamətləri geniş müzakirə edilib.
SOCAR prezidenti Rövnəq Abdullayev İrana səfəri çərçivəsində konfransda iştirak edən Malaziyanın “Petronas” şirkətinin prezidenti Datuk van Zulkiflee van Ariffin ilə də görüşüb. Görüşdə “Petronas” şirkətinin iştirakçı olduğu “Şahdəniz” layihəsi çərçivəsində görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Xəbəri paylaş
6268 dəfə oxunub.
Digər xəbərlər

1-09-2021, 17:09
Yasamal icra hakimiyyəti Mikayıl Müşfiqin abidəsini “EveRest” restoranına “satdı”?!
3-01-2016, 15:41
Bakıda 83 yaşlı qadın oğlunu bıçaqladı
6-12-2016, 14:45
Nazir müavini yeni attestatlar barədə: "Elə şagirdlər var ki..."
3-05-2016, 23:23
Ordumuzun yeni haubitsasının özəllikləri – Video
4-02-2017, 21:47
Şəkidə ağır qəza: 1 nəfər ölüb, 2 nəfər yaralanıb
12-12-2018, 10:30
Azərbaycanda Baş nazirin işdən çıxarılan müavini intihar etdi
25-10-2022, 11:15
“Aygün Kazımovanın fəxri adı, evi əlindən alınsın” - Cavanşir Məmmədovdan ŞOK AÇIQLAMA
15-11-2015, 23:40
Hamilə model yeni bədən formasından razıdır