Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tüfənglə arvadını güllələdi, daha sonra özünü bıçaqlayaraq öldürdü - YENİLƏNİB
Tarix: 29-11-2015 | Saat: 13:41
Bölmə:M / Karusel / Hadisə | çapa göndər

Tüfənglə arvadını güllələdi, daha sonra özünü bıçaqlayaraq öldürdü - YENİLƏNİB
Nəsimi İbrahimov yoldaşına hələlik məlum olmayan səbəbdən tüfənglə xəsarət yetirib daha sonra özünə bıçaqla xəsarət yetirib

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən xəbərə görə, noyabrın 28-i gecə saat 23:30 radələrində xəstəxanaya gətirilən rayonun Bəhmənli kənd sakini 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov həkimlərin səylərinə baxmayaraq səhər 06.30 radələrində özünə yetirdiyi bıçaq xəsarətlərindən reanimasiya şöbəsində keçinib.

Polis bölməsindən insidentlə əlaqədar APA-ya hələlik açıqlama verilməyib.


**** 01.28

Zaqatala sakini tüfənglə yoldaşını yaraladıqdan sonra özünə bıçaqla xəsarət yetirib. Zaqatala rayon mərkəzi xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Hazırda hər iki yaralı əməliyyata qaldırılıb. Üzərilərində əməliyyat aparılır.

Polis bölməsindən APA-ya verilən məlumata əsasən, ilkin ehtimala görə Nəsimi İbrahimov yoldaşına hələlik bilinməyən səbəbdən tüfənglə xəsarət yetirib daha sonra özünə bıçaqla xəsarət yetirib.

Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır.


Xəbəri paylaş

5828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___