Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səlim Müslümov 4 vəzifəli şəxsi işdən azad etdi
Tarix: 26-11-2015 | Saat: 14:45
Bölmə:M / Karusel / Gündəm / Reportaj | çapa göndər

Səlim Müslümov 4 vəzifəli şəxsi işdən azad etdi
Daha 4 əməkdaş da vəzifədən azad olunub, 28 əməkdaş isə inzibati tənbehlə cəzalandırılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti fəaliyyət sahələrində islahat tədbirlərinin praktiki tətbiqi məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir Səlim Müslümov bildirib ki, təkcə cari ilin 9 ayında ünvanlı sosial yardımı alanlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz, oktyabr ayında isə 4 faizə yaxın azalıb. Həmçinin bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən ilkin əlillik təyin olunmuş şəxslərin sayı 2,4 min nəfərdən çox, təkrar olaraq əlillik qrupu təyin edilənlərin sayı 4 min nəfərə yaxın azalıb. İlkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayında da 2,8 min nəfərədək azalma qeydə alınıb. Əlillik təyinatı və reabilitasiya məsələləri ilə əlaqədar şikayət xarakterli müraciətlərin sayı azalıb.
Nazir vurğulayıb ki, bu günkü müşavirənin əsas məqsədi də aparılan bu islahatların praktiki tətbiqinin sürətləndirilməsini və genişləndirilməsini təmin etmək, bunun üçün səyləri artırmaqdır. Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmış rejimdə fəaliyyəti üçün hazırlanmış elektron infrastruktur aidiyyəti dövlət orqanlarının bu sahədə müvafiq işləri başa çatdırmalarından dərhal sonra işə salınacaq. S.Müslümov bildirib ki, bu gün 1,3 milyondan artıq əhali kontingentinə xidmət göstərən nazirliyin bütün fəaliyyət sahələri daim cəmiyyət üçün açıqdır.
Müşavirədə nazirliyin fəaliyyət sahələrində aparılan islahatların sürətləndirilməsi, tibbi-sosial ekspertiza xidmətinin avtomatlaşdırılması üçün aparılan texniki işlərin mövcud durumu, yerli qurumlarda əhaliyə göstərilən xidmətin vəziyyəti geniş müzakirə olunub. Müzakirələrin nəticələrinə uyğun fəaliyyətində neqativ hallara yol verən iki Tibbi-Sosial Ekspert Komissiyasının sədri və iki Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru tutduqları vəzifədən azad olunub. Bundan başqa, funksional vəzifələrinin icrasında nöqsanlar aşkarlanan 4 əməkdaş tutduğu vəzifədən azad olunub, 28 əməkdaş barəsində isə inzibati tənbeh tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.
Səlim Müslümov 4 vəzifəli şəxsi işdən azad etdi
Səlim Müslümov 4 vəzifəli şəxsi işdən azad etdi


Xəbəri paylaş

6198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___