Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Əsirlikdə 606 gün və Cəhənnəmdən qaçış” sənədli filmi
Tarix: 23-11-2015 | Saat: 19:58
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Qarabağdan xəbər var | çapa göndər

“Əsirlikdə 606 gün və Cəhənnəmdən qaçış”  sənədli filmi

Press reliz

“Addım” Gənclərin İnkişaf Mərkəzinin
hazırladığı
“Əsirlikdə 606 gün və Cəhənnəmdən qaçış”
sənədli filmi


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə “Addım” GİM ictimai birliyi Dağlıq Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən və qaçmağa qərar verən azərbaycanlılardan bəhs edən “Əsirlikdə 606 gün və Cəhənnəmdən qaçış”adlı sənədli film hazırlamışdır.

Filmdə Xankəndindəki evlərin birində qul kimi saxlanılan Azərbaycanlılardan bəhs edilir. Ağır və əzablı 606 gündən sonra onlar təsadüfən tapdıqları xəritə və oxuduqları kitabın köməyi ilə qaçmağa qərar verirlər. Onların hamsı azadlığa qovuşa bilmirlər. Əsirlikdə aldıqları psixoloji travmalar onların bütün həyatları boyunca davam edir.

Erməni əsirliyindən qaçan azərbaycanlılar ilk dəfə 20 ildən sonra filmdə görüşürlər.

Bu hadisə Qarabağ müharibəsi tarixində ən qeyri adi hadisələrdən biridir.
Filmdə Youtube portalında yerləşən Qarabağ münaqişəsi ilə bağlı videokadrlardan, müharibə barədə müxtəlif müəlliflərin fotolarından və digər materiallardan istifadə edilmişdir.
Filmdə həmçinin bəzi hadisələrin bərpası üçün 3D qrafikasından da istifadə edilmişdir.

Filmin hazırlanmasında əsas məqsəd dünya ictimaiyyətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaqdır. Filmin rejisoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidov, montaj edəni isə Sənan Səfərovdur.

“Addım” GİM ictimai birliyi dəstəyə görə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fonduna və filmin çəkilişlərində iştirak edənlərə təşəkkür edir.


Azərbaycan dilində
https://www.youtube.com/watch?v=qSdoyzbVcjE&feature=youtu.b
Rus dilində
https://www.youtube.com/watch?v=I5jjNOrWbEI


Filmin treyleri Azərbaycan dilində
https://www.youtube.com/watch?v=5lbPH0hroLY&feature=youtu.be

Filmin treyleri Rus dilində
https://www.youtube.com/watch?v=ERuZU_oZvYI
“Əsirlikdə 606 gün və Cəhənnəmdən qaçış”  sənədli filmi
“Əsirlikdə 606 gün və Cəhənnəmdən qaçış”  sənədli filmi
“Əsirlikdə 606 gün və Cəhənnəmdən qaçış”  sənədli filmi


Xəbəri paylaş

1 4398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___