Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ədəbi dil normalarını ən çox pozan “Ən qüsurlu tele-aparıcılar”ın siyahısı
Tarix: 23-11-2015 | Saat: 19:29
Bölmə:M / Karusel / Gündəm / Reportaj | çapa göndər

Ədəbi dil normalarını ən çox pozan “Ən qüsurlu tele-aparıcılar”ın siyahısı
KİV üçün məlumat
Məlum həqiqətdir ki, hər bir xalqın varlığı,onun milli-mənəvi dəyərləri ilə birbaşa bağlıdır. Ana dili isə xalqın varlıq atributu, müəyyən mənada milli pasportudur.Təsadüfi deyil ki, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev hələ Sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi zaman, mərkəzin bütün təzyiqlərinə baxmayaraq Azərbaycan dilinin saflığının qorunması və dilin inkişafı ilə bağlı tarixi qərarların qəbul edilməsinə, həyata keçirilməsinə xüsusi önəm vermiş və bunu aktual məsələ kimi daim diqqət mərkəzində saxlamışdır. Ulu Öndər Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə də, digər sahələrlə yanaşı Ana dilinin inkişafına daim xüsusi diqqət yetirmişdir ki, bu da , sözün əsl mənasında BÖYÜK AZƏRBAYCANLININ vətənə, xalqa, mənsub olduğu millətə nə qədər sıx tellərlə bağlı olduğunu göstərir.
Ulu Öndərin siyasi kursunun müdrik davamçısı Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev də bu mühüm sahəni daim diqqət mərkəzində saxlayır. Ölkəyə rəhbərlik etdiyi on il ərzində Ana dili ilə bağlı iki sərəncam və 2013-cü ilin aprelində Dövlət Proqramı imzalaması, cənab Prezidentin Ana dilinə verdiyi dəyərin göstəricisidir
Təssüflə deməliyik ki, Dövlət Proqramında da əks olunduğu kimi, qloballaşan indiki dünyada bir sıra hallarda digər sahələrlə yanaşı, Ana dilinin təmizliyinə və inkişafına xələl gətirən məqamlarla da rastlaşmalı oluruq.Xüsusilə insanların gündəlik həyat normativinin tərkib hissəsi olan, yeni nəslin formalaşmasında valideyn və məktəblə yanaşı müstəsna rol oynayan televiziya proqramlarında ədəbi dil normalarının pozulması, əcnəbi sözlərdən yerli-yersiz istifadə olunması, bəzən aparıcıların dialekt və şivələrdən istifadə etmələri,orfoepiya və orfofoniya qaydalarının kobud şəkildə pozulması Ana dilinin saflığının qorunmasına və inkişafına əngəl törədir ki, buna biganəlik belə halların çoxalmasına və dilimizin təhlükə ilə üz-üzə qalmasına səbəb ola bilər.Bu gün hər bir Azərbaycan ziyalısı bunu hiss edir və müxtəlif səviyyəli tədbirlərdə məsələ ilə bağlı narahatlıqlarını bildirirlər.Lakin, hesab edirik ki, bu sahə proqramlı şəkildə,sistemli olaraq araşdırılmalı, mövcud qüsurlar təhlil edilməli, alim-mütəxəssislərlə birgə rəy və təkliflər toplusu hazırlanaraq əlaqədar qurumlara, eləcə də televiziya kanallarına təqdim etməklə problemin həllində əsaslı dönüşə nail olmaq mümkündür.Məhz bu məqsədlə “Azadlıq Hərəkatçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə bu ilin aprel-noyabr aylarında “Televiziya proqramlarında Azərbaycan ədəbi dili: araşdırmalar, təhlil, rəy və təkliflərin hazırlanması” Layihəsini müvəffəqiyyətlə həyata keçirmiş, ciddi nəticələr əldə etmişdir.Layihənin icrası zamanı AMEA-nın Dilçilik İnstitutunun, eləcə də Ali Məktəblərin Dilçilik kafedralarının alim-mütəxəssisləri ilə birgə araşdırma və təhlillər aparılmış, rəy və təkliflər hazırlanaraq aşkar olunan qüsurların video görüntüləri və layihə çərçivəsində hazırlanmış “Telaviziya və Azərbaycan ədəbi dili” sənədli filmi ilə birgə televiziya kanallarına , Tele-Radio Şurasına təqdim edilmişdir.
Layihənin yekunlarına həsr olunmuş konfrans ADPU-nun filologiya, həmçinin BDU-nun jurnalistika və filologiya fakültələrinin professor- müəllim və tələbələrinin iştrakilə ADPU-nun Böyük Akt zalında keçirildi. Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, AMEA-nın Müxbir üzvü,professor Yusif Məmmədov layihənin əhəmiyyəti, onun nəticələrinin ictimaiyyətə, xüsusilə gənc nəslə çatdırılmasının vacibliyi barədə danışdı. Layihə çərçivəsində hazırlanmış “Televiziya və Azərbaycan Ədəbi Dili” sənədli filminin nümayişindən sonra layihənin rəhbəri, “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri, yazıçı-publisist Təhmasib Novruzov qarşıya qoyulan məqsəd və əldə olunan nəticələr barədə qısa məlumat verdi. Konfransda çıxış edənlər, ADPU-nun professoru Buludxan Xəlilov, Milli Tele-Radio Şurasının sədr müavini Qafar Cəbiyev,AMEA-nın Dilçilik İnstitutunun professoru Qulu Məhərrəmli,tanınmış tele-aparıcılar, Respublikanın Xalq Artistləri Ofeliya Sənani,Sabir Ələsgərov, Əməkdar Artistlər Natəvan Hacıyeva, Eldost Bayram, tanınmış teleaparıcı Şəfəq Xəlilova və başqaları belə layihələrin həyata keçirilməsinin əhəmiyyətindən, dilimizin saflığının qorunmasında və inkişafında ictimaiyyətin rolunun vacibliyindən söhbət açdılar.
Sonda layihə çərçivəsində keçirilmiş müsabiqənin nəticələri elan olundu. Yeddi nəfər televiziya aparıcısı ədəbi dil normalarına daha ciddi əməl etdiklərinə görə “Ən natiq teleaparıcı” ödülü ilə mükafatlandırıldı. Yeddi nəfər daha çox dil qüsurlarına yol verən tele-aparıcı isə “Ən qüsurlu teleaparıcılar” adlandırılmaqla ictimaiyyətə elan edildi.
Hesab edirik ki, layihənin həyata keçirilməsi bu sahədə mövcud problemlərin həllində vətəndaş cəmiyyətinin dəstəyi baxımından irəliyə doğru ciddi addımların atılmasında əhəmiyyətli rol oynaya bilər ki, bu da Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsinə Vətəndaş Cəmiyyətinin dəstəyi kimi qəbul edilməlidfir.


“Azadlıq Hərəkatçıları” İB-
nin Mətbuat Xidməti
Qeyd: Məlumata müsabiqə qaliblərinin və ədəbi dil normalarını ən çox pozan “Ən qüsurlu tele-aparıcılar”ın siyahısı və konfransdan cəkilmiş foto-şəkil əlavə olunur.
“ƏN NATİQ TELEAPARICI” ödülü ilə mükafatlandırılanlar:
Lalə Azərtaş - ATV kanalı, “Xəbər” proqramının aparıcısı.
Natəvan Babayeva - ANS kanalı, “Xəbərçi” proqramının aparıcısı.
Şəbnəm Hümbətova - LİDER kanalı, “Səda” proqramının aparıcısı.
Ramiz İdrisoğlu - İTV kanalı, “Carçı” proqramının aparıcısı.
Tural Xudiyev - SPACE kanalı, İdman proqramlarının aparıcısı.
Səyyarə Səyyaf - “XƏZƏR” kanalı, “Könül Dünyamız” proqramının aparıcısı.
Elnaz Əblüc - İTV kanalı, “Ulduzlu Qonaq” proqramının aparıcısı.
“Ən qüsurlu tele-aparıcılar”:
Elvin Basqallı -SPACE kanalı, ”Hər gün” proqramının aparıcısı.
İlqar Mikayıloğlu -ATV kanalı, “Gün üzü” proqramının aparıcısı.
Sevil, Sevinc -XƏZƏR kanalı, “Hər şey daxil” proqramının aparıcıları.
Aytən Abdulova -ANS kanalı, “Xəbərçi” proqramının aparıcısı
Əbdürrəhman Mollaçiyev -“XƏZƏR” kanalı, idman proqramlarının aparıcısı.
Mətanət Əliverdiyeva -ATV kanalı, “Gündəlik” proqramının aparıcısı.
Vüsal Qaraca -LİDER kanalı, “Səda” proqramının aparıcısı.

Ədəbi dil normalarını ən çox pozan “Ən qüsurlu tele-aparıcılar”ın siyahısı
Ədəbi dil normalarını ən çox pozan “Ən qüsurlu tele-aparıcılar”ın siyahısı



1 2268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___