Mədət Quliyevin iştirakı ilə veloyürüş keçirilib
Tarix: 22-11-2015 | Saat: 14:16
Bölmə:M / Karusel / İdman / Reportaj | çapa göndər
Azərbaycan ədliyyə işçilərinin peşə bayramı münasibətilə bu gün Bakıda velosiped yürüşü keçirilib
Ədliyyə Nazirliyi Velosiped İdman Klubunun üzvləri bu münasibətlə Dövlət Bayrağı Meydanından Heydər Əliyev Mərkəzinə yürüş ediblər.
Yürüşdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin sabiq rəisi, milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev və Penitensiar xidmətin rəis müavini, general mayor Hüseyn Əlixanov da iştirak ediblər.
H. Əlixanov bildirib ki, noyabrın 22-də Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı qeyd olunur: “22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsi qəbul olunub. Prezident Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Bu əlamətdar gün münasibətilə Ədliyyə Nazirliyin 11 əməkdaşı bu il dövlət mükafatına layiq görülüb. Bugünkü veloyürüş də bu münasibətlə keçirilir”.
M. Quliyev isə deyib ki, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi işlədiyi vaxt ədliyyə naziri Fikrət Məmmədovla nazirliyin Velosiped İdman Klubunun yaradılmasına qərar veriblər: “Bundan sonra Penitensiar xidmətin nəzdində velosiped komandası formalaşdırıldı. Artıq 60-dan çox idmançı komandamızın üzvüdür.
Həftədə iki dəfə məşq edir, əlamətdar günlərdə yürüş keçiririk. İdmana ayrılan vaxtı itirilmiş zaman adlandırmaq olmaz. Harada işləməyimizdən asılı olmayaraq, hər bir insan xüsusilə hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər fiziki sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər”. (apa)
Xəbəri paylaş
8168 dəfə oxunub.
Digər xəbərlər

23-05-2020, 10:53
Bir sıra hallarda imtahanlar üzbəüz keçirilə bilər" - Ceyhun Bayramov
26-08-2015, 18:55
"Yəqin ki gücünüz 100 manat qazanacaq qədərdir"
14-12-2016, 13:27
Netanyahu Nazarbayevə buna görə təşəkkür etdi
28-02-2017, 10:37
Cəbhədən son xəbər - 68 mərmi atılıb
26-09-2016, 21:00
“Rəy” “exit-poll”un nəticələrini açıqladı - 81-92 % hə
8-07-2017, 12:39
Azərbaycanlı fəhlənin möhtəşəm ifası - VİDEO
29-07-2016, 10:09
Gəncə bazarı yandı- VİDEO+FOTO
11-12-2016, 11:06
Daha bir kommunal xidmət bahalaşdı